Fakültənin
keçmiş dekanı, hal-hazırda ADPU-nun rektor-müavini vəzifəsində çalışan
Baxşəliyev
Rafiq Məmmədbağır oğlu, 1939-cu ilin 31 mayında Yerevan şəhərində
fəhlə ailəsində anadan olmuşdur. 1948-ci ildə Ermənistan Respublikasından departasiya
olunaraq ailəsi ilə birlikdə Azərbaycan Respublikasının Gəncə
şəhərinə gəlmişdir. Gəncə şəhərində 1948-57-ci illərdə
M. Ə. Sabir adına orta məktəbi bitirmişdir.
1957-58-ci
ilədək Gəncədə alüminium zavodu inşaasında fəhlə işləmişdir.
1958-62-ci
ildə Bədən tərbiyəsi institutunu bitirib.
1962-66-cı
illəri Bakı poçtamtında tə’limatçı-metodist (fiziki tərbiyə
üzrə) işlədikdən sonra, ömrünün qalan hissəsini Ali təhsilə
həsr etmişdir.
1966-73-cü
illəri keçmiş Kirov adına BDU-nin ‘’Bədən tərbiyəsi
və idman’’ kafedrasında baş müəllim, 1972-ci ildə
Universitetdə bioloji fakültəsinin elmi şurasında ‘’İnsanın
aşağı və yuxarı ətraf əzələlərinin sürətli və qüvvətli
işi zamanı əmələ gələn yorğunluğun hərəkəti təzahürü’’
mövzusunda biologiya elmləri namizədi dissertasiyası müdafiə
edib , həmin ildə də təsdiq olunub.
1973-cü
ildə Azərbaycan Dillər İnstitutuna müsabiqə yolu ilə Bədən
tərbiyəsi və idman kafedrasına müdür təyin olunmuşdur.
1977-ci
ildə həmin kafedranın dosenti seçilmişdir və təsdiqini almışdır.
1980-cı ildə təhsil sistemində xidmətinə görə SSRİ Təhsil
Nazirliyinin ‘’Ali təhsil ə’laçısı’’ döş nişanı
ilə təltif olunmuşdur. 1981-ci ildən 2003 –cü ilədək
fakültəmizin dekanı vəzifəsində çalışmışdır.
Qeyd
edək ki, tədris-təlim və elmi-tədqiqat işlərlə yanaşı daimi
idmanın boks növü üzrə praktik məşqçi kimi fəaliyyət göstərmişdir.
Respublika boks üzrə əməkdar məşqçidi, beynəlxalq dərəcə
boks üzrə hakimdir. SSRİ , Ali təhsil ə’laçısı döş nişanı
almışdır.
Ailəlidir.
Yoldaşı
Əlifxanova Solmaz Tacəddin qızı, 1947-ci ildə Cəlilabad
rayonunda anadan olmuş, orta məktəb müəlliməsi olmuşdur. Bakı
şəhəri Səbail r-u 190 saylı orta məktəbdə rus dili müəlliməsi
işləyirdi, 1999-cu ildə vəfat etmişdir.
Böyük
oğlu Fəqan Rafiq oğlu Baxşəliyev
1976-cı ildə Bakı şəhərində anadan olmuş, BDU-nun beynəlxalq əlaqələr fakültəsini bitirmişdir.
Daxili İşlər Nazirliyinin əməkdaşıdır.
Kiçik oğlu Fərid Rafiq oğlu Baxşəliyev 1977-ci ildə Bakı
şəhərində anadan olmuş, ADPU-nun asperanturasındadır.